Gözəllik salonları Azərbaycandakı ən gəlirli biznes sahələrinin başında gəlir. İşsiz həyat yoldaşını darıxdırıcı həyatdan xilas etmək istəyən iş adamları, çalışdığı salondan intriqa ucbatından ayrılan saç ustası, müğənni, aktrisa... siyahı uzundur. Çoxları üçün bu, "kiçik, amma gəlirli toçka" sayılır. Baxmayaraq ki, məsuliyyəti obyektin və qazancın həcmindən qat-qat artıqdır.Salon sahibləri iddianı qəbul etmir: "Ərlərinə xəyanət edirlər, sonra da deyirlər, xəstəlik salondan keçib..."