"Medcezir": böyük oğurluq və sübut axtarışı - VİDEO

15 Noyabr 2014 14:14

Yamanla yaşadıqları ayrılığın gerçək səbəbinin atası olduğunu öyrənən Mira, artıq həm atasına, həm də Yamana çox hirslənib

Mərkəzlərin birində baş tutmuş oğurluq Kənanı şübhələrin mərkəzinə qoyarkən, onun günahsız olduğunu sübut etməyə çalışan Yaman onu Miradan uzaqlaşdıran şeylərdən qurtulmadığının kədərli bir şəkildə fərqinə varır.

Digər yandan Enderin hamiləliyini öyrənən Selimin nəfəsi daha bir dəfə də kədərlə kəsilib.

O, keçmişiylə hesablaşmaq üçün çıxdığı yolda bir sürprizlə qarşılaşır.

Oğruluğun yaratdığı gərginlik hər kəsin bir-birini günahlandırmasına səbəb olur. Yaman saatı tapıb Kənanın günahkar olmadığını sübut etməyə qərarlıdır.

Milli.Az serialın 48-ci bölümünü təqdim edir.

Elşən İmanov
Milli.Az