Əməkdar artist "oğulları"na qız axtarır

15 Noyabr 2014 10:02
Almaz Ələsgərova "ATV Magazin"də gülüş doğurucu açıqlama verib
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, iki it saxlayan Almaz onların xeyir işlərini görmək arzusundadır. İtlərinə elçi düşən sənətçi efir vasitəsilə namizədlərə səslənib:
 
"Çapa və Tezi adlı iki itim var. Həmişə Çapaya deyirəm ki, fikir eləmə sənin üçün də bir qız tapılar. Əgər kimsə eşidir, ya görürsə, bildirim ki, oğullarıma qız axtarıram. Mənim də oğlum evlənməlidir".

Milli.Az