Zərərçəkmiş tərəfin vəkili Səbuhi Axundovun Milli.Az-a verdiyi məlumata görə, bu il iyulun 19-da Fərid Hümbətov Sumqayıt şəhəri 6-cı mkr. dairəsinin yaxınlığında Heydər Əliyev parkının kənarındakı piyadalar üçün nəzərdə tutulmuş səkidə, Sərxanov Emin Məhəmməd oğlunun idarə etdiyi, Nəqliyyat Nazirliyinə məxsus 10-NT-695 dövlət qeydiyyat nişanlı "Samand" markalı maşınla vurulub. Yüksək sürətlə vurulan F.Hümbətov dünyasını dəyişib. Sonradan məlum olub ki, qəzanı törədən E.Sərxanov NN-nin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 1 saylı Yolların Mühafizəsi İdarəsinin rəis müavini Məhəmməd Sərxanovun oğludur.Məmur övladı tərəfindən balası öldürülən ana haray qoparır. Bu il maşınla vurulub öldürülən 17 yaşlı balasının qanı batırılır