Qaynar Rolls-Royce - FOTO

15 Noyabr 2014 18:11
Britaniyanın Rolls-Royce şirkəti sınaqlara Wraith kupenin "qaynar" modifikasiyasını çıxarıb. Avtomobilin prototipi Almaniyada, həm də tamamilə örtüksüz gözə dəyib. Yeni "qaynar" ingilis avtomobilinin bazarda 2016-cı ildə peyda olacağı gözlənilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, "qaynar" Rolls-Royce Wraith kupenin dizaynında hansı dəyişikliklərin baş verdiyindən danışsaq modernizə edilmiş ön bamperi və yük yeri qapısı üzərində səliqəli aerodinamik qanadı göstərmək olar. Şəkillərə əsasən "qaynar" kupenin standart versiyadan başqa fərqləri görünmür. Britaniya premium-brendinin təmsilçiləri yeni model haqqında heç nə demirlər. Xatırladaq ki, Rolls-Royce Wraith avtomobilinin adi modifikasiyası Britaniya şirkətinin ən güclü modelidir və 0-100 km/saat sürətlənməni 4,6 saniyəyə həyata keçirə bilir. Maksimal sürət 250 km/saat həddində elektron məhdudlaşdırılıb.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.