Lüks, dəbdəbəli Aston Martin- FOTO

16 Noyabr 2014 17:10
Aston Martin Dubayda müştəriləri üçün keçirilən xüsusi qapalı tədbirdə yenidən bərpa edilmiş Lagonda markasının eksklüziv sedanını təqdim edib. Model ərəb dilindən tərcümədə "qeyd-şərtsiz dəbdəbə" mənasını verən Taraf adlandırılıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni model ilk dövrdə istisnasız olaraq ancaq Yaxın Şərqdə satılacaq - ilk sifarişçilər öz avtomobillərinə gələn il sahib ola biləcəklər. Lakin gələcəkdə sedanın digər bazarlara, o cümlədən İngiltərə bazarına da çıxarılması istisna edilmir. Yaxın Şərq üçün Lagonda Taraf avtomobilindən cəmi 100 nüsxə buraxılacaq. Maraqlıdır ki, Aston Martin bu maşınları kimə satmağı özü təyin edəcək və həmin alıcılara Taraf modelini almaq təklifi ilə xüsusi "dəvətnamə" göndəriləcək. Avtomobillərin hər biri əl ilə yığılacaq. Ehtimal edilən qiymət təxminən 500 min dollardır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.