Müğənni Natavan Həbibi plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə son qoyub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı haqqında yayılan şayiələrə İnstagram səhifəsində cavab verib:
"Son günlərdə şəkillərimin altında nədənsə qəribə şərhlər oxuyuram: "dəyişilib, kökəlib, arıqlayıb, ən əsası isə dodaqlarına silikon vurdurub, burnunu əməliyyat etdirib yazırlar". Belə fikirlər nə ilə bağlıdır - bilmirəm.
Bunlara son qoymaq üçün deyirəm: bir dəyişiklik yoxdur və gözlənilmir. Heç vaxt buna ehtiyac duymamışam. Çəkim həminkidir, dodaqlarım silikon deyil. Ən əsası isə burnum... Ola bilsin ki, istirahətdə olduğum üçün makiyajdan az istifadə edirəm. Ona görə də həmişəkindən fərqli görünürəm". Milli.Az