Əşyaların interneti: 70 milyard dollar

12 Noyabr 2014 22:47
Gartner analitik şirkətinin proqnozuna əsasən, 2015-ci ildə əşyaların interneti xidmətlərindən əldə olunan qlobal gəlirin həcmi 69,5 milyard dollara çatacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklər əşyaların interneti dedikdə məlumat mübadiləsi üçün qlobal şəbəkəyə qoşulmuş avtomatik qurğuların məcmusunu nəzərdə tuturlar. Gartnerin proqnozuna görə, 2015-ci ildə belə qurğuların sayı 2014-cü illə müqayisədə 30% artaraq 4,88 milyard təşkil edəcək.

2015-ci ildə avtomobillərdə qoşulmuş qurğular sektorunda ən böyük artım qeydə alınacaq: onların sayı təxminən iki dəfə artaraq 372 milyon təşkil edəcək. Bununla belə, işlək ağıllı əşyaların sayına görə əvvəlki kimi istehlak qurğuları lider olacaq.

2020-ci ildə ağıllı əşyaların istifadəsinə əsaslanan xidmətlər 263 milyard dollar gəlir qazandıracaq.

Milli.Az