Demək olar ki, adi qadınların nə hüququ varsa, dul qadınlar da o hüquqa malikdir. Ərə gedə, işləyə bilər, həmçinin ticarət, elm və digər - iqtisadi, ictimai - sahələrdə özünü göstərə bilər.
Ümumiyyətlə, dul qadın ərini itirib, nəinki cəmiyyətdə mövqeyini. Bu barədə isə xüsusi olaraq ayə və hədislər gəlməməsinə səbəb də odur ki, dul qadınlar digər qadınlarla, demək olar ki, eyni hüquqa malikdir.
Allahın "Biz sizi bir qadın və bir kişidən yaratdıq" deməsində qadınlara nə qədər dəyər verməsi göz qabağındadır. Ümumiyyətlə, İslamda "qadın" və "qız" fərqi var. Və bu fərq də müəyyən məsələlərdə hüquq ayrılığı yaradır (Bu barədə mövzu geniş olduğu üçün toxunmuruq).
Çox təəssüf ki, cəmiyyətimizdə dul qadınların ikinci dəfə ərə getməsinə "birtəhər" baxılır. Yanlış olaraq, düşünülür ki, dul qadın qocalıb evində ölməlidir (Hərçənd, yuxarıda qeyd etdiyimiz kimi, həqiqət tam başqadır). Bu isə bir çox ictimai, hüquqi problemlərin yaranmasına aparıb çıxara bilər.