Milli.Az The Huffington Post-a istinadən bildirir ki, Nikol evdə "sehirli çubuğu" qutudan çıxaranda hər şeyi anlayıb. Qutuda damarlarını mətbəx bıçağı ilə kəsən eybəcər qız şəkli vardı.
"İlk baxışdan adi oyuncaqdı: qəşəng qutuda çəhrayı çubuq. Qutunu qızıma verdim. Orada eybəcər qız şəklini görəndə dəhşətə gəldim. Az sonra isə çubuqdan eybəcər gülüş səsi gəldi. Bu oyuncaq uşaqlar üçündür?" - Nikol Allen deyib.
Dükanın sahibi Amar Mustafa isə valideynin günahkar olduğunu deyib: "Niyə o oyuncağa alanda baxmırdı?! Axı qutunun üzərində "İblis çubuğu" yazılıb. Yalnız çoxlu şikayətlər alsam, oyuncağı vitrindən yığışdıracağam".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.