Ölkəmizdə gözəl görünüşlü, təmirli özəl klinikaların sayı hər gün artsa da, pullu tibb müəssisələrində təklif olunan xidmətlərin qiyməti enmək bilmir. Bazar iqtisadiyyatı prinsiplərinə görə, təklif artdıqca rəqabət mühiti yaranmalı, qiymətlərdə fərq hiss olunmalıdır.Belə müalicəxanalarda təklif edilən xidmətlərlə əhalinin imkanları kontrast təşkil edir; "Baku Medical Plaza"da isə qiymətlər müalicədən öncə şoka salır...