Dənizkənarı Milli Parkdan sonra Bakıda ikinci böyük parkı sayılan Dədə Qorqud parkı insanların sevimli istirahət guşəsidir. Hətta havaların soyuq keçməsinə baxmayaraq burada istirahət edənlərə rast gəlmək mümkündür. İşgüzar həyatdan yorulan, təmiz hava almaq istəyən uşaq, gənc, yaşlı - hər kəs yolunu buradan salır. Biz də istirahət edən insanlarla söhbətləşmək, açıldığı gündən bu günə qədər adı dillərdən düşməyən bu istirahət guşəsi ilə yaxından tanış olmaq üçün metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşən Kitabi-Dədə Qorqud parkına yollandıq.Azərbaycan tarixinin açıq havada nümayiş etdirilən meydanı