Mozilla 10 yaşı üçün sürpriz etdi

11 Noyabr 2014 21:09
Firefox bloqunun məlumatına əsasən, populyar Mozilla Firefox brauzeri 10 yaşını qeyd edir.

Mozilla qeyri-kommersiya təşkilatıdır. Təşkilatın gəlirinin (2012-ci ildə 90%) çox hissəsi Google şirkətinin köməyi ilə formalaşır. Xatırladaq ki, Firefox 1.0 brauzeri 10 noyabr 2004-cü il tarixində istifadəyə verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Mozilla brauzeri Firefox 33.1 versiyasında yeni funksiyaları işə salmaqla on yaşını qeyd edib. Yeniliklərdən biri brauzerin alətlər panelində Forget (Unutmaq) düyməsi olub: istifadəçi son beş dəqiqə, iki saat və ya gün ərzində brauzerin tarixçəsini bir anda silə bilər.

Yeni versiyada, həmçinin DuckDuckGo təhlükəsiz axtarış sistemindən istifadə etmək imkanı əlçatan olub. Bu axtarış sistemi daha məxfidir, çünki istifadəçilər haqda daha az məlumat toplayır, axtarış sorğularının tarixçəsini qeydə almır və hesab yaradılmasını tələb etmir.

Milli.Az