MTV ən yaxşı filmləri seçdi - FOTOSESSİYA

13 Aprel 2015 21:14

Dünən ABŞ-ın Los-Anceles şəhərində "MTV Movie Awards" mükafatlarının təqdimat mərasimi olub.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, "Ən yaxşı film" nominasiyasında rejissor Coş Buşun "Ulduzlar suçludur" lenti qalib gəlib.
 

Filmdə baş rolda oynamış Şeylin Vudli "Ən yaxşı aktrisa" və "Filmdə ən yaxşı öpüş" mükafatlarını alıb.
 

"Ən yaxşı aktyor" nominasiyasının qalibi Klint İstvudun "Snayper" lentində baş rolda oynamış Bredli Kuper olub. "Qonşular. Savaş yolunda" filmindəki rollarına görə Zak Efron Deyv Franko "Ən yaxşı ekran dueti" mükafatına layiq biliniblər.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.