Müğənni Mətanət Əsədova ilə, heç olmasa, 7-8 dəfə həmsöhbət olmuşam. Birində üzbəüz, qalanlarında telefon bağlantısı yaratmışıq. Dəhşət təvazökar xanımdır. Axırıncı dəfə də hirslə məndən soruşdu ki, sən hələ bilmirsən mən sənətkaram? Mən də ha düşündüm, yadıma bir şey sala bilmədim.Geridə qalan həftə də Azərbaycan şou-biznesi üçün maraqlı və yaddaqalan oldu. Elə ona görə də "Həftəbecər"imizdə bu dəfə də xəbər əlindən tıxacdır. Başlayaq ustad sənətkar Mətanət Əsədovadan