Dünyanın ən varlı adamına qadın tələsi - FOTO
11 Noyabr 2014 11:30
Dünyanın ən varlı adamlarından biri, Continental Resources şirkətinin təsisçisi və baş direktoru Harold Hamm sabiq həyat yoldaşına 1 milyard dollara yaxın pul ödəyəcək. Milli.Az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Boşanma ilə bağlı məhkəmə çəkişməsi iki il davam edib. Nəticədə Oklahoma ştatının məhkəməsi qərara alıb ki, Hamm keçmiş həyat yoldaşı Syu Enn Hamma ümumilikdə 995,5 milyon dollar ödəməlidir.
Məhkəmənin qərarına əsasən, milyarder 320 milyon dolları bu ilin sonuna qədər verməli, qalan hissəsini isə ayda 7 milyon dollardan az olmamaq şərti ilə ödəməlidir.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.
