İbrahimoviç ardıcıl yenə ən yaxşı seçildi

11 Noyabr 2014 10:01

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç ölkəsində ilin ən yaxşı idmançısı seçilib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ardıcıl 8-ci dəfə bu mükafata layiq görülüb.
 

Qeyd edək ki, karyerasında 9-cu dəfə İsveçin ən yaxşı idmançısı seçilən İbrahimoviç ötən mövsüm keçirdiyi 51 oyunda 45 qola imza atıb.

Milli.Az