Bu qız vücudu ilə inqilab etdi - VİDEO - FOTO

11 Noyabr 2014 11:39

"Məni ailə üzvlərim, qohumlarım və tanışlarım arıq, çalışdığım agentlikdə isə kök sayırlar. Hətta "Plus Size" model hesab olunuram. Amma belə deyil. Sadəcə, normal qızam".
 

27 yaşlı amerikalı supermodel Mayla Delbesio moda aləmində "inqilabçı"lardan biri sayıla bilər. Belə ki, o, "Calvin Klein" brendinin tarixində ilk ifrat arıq olmayan modeldir.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Viskonsin ştatında doğulmuş Mayla Delbesio vücudunun çağdaş moda biznesinin standartlarına uyğun gəlmədiyini bilsə də, uğurlu karyera qura bilib.
 

O, "özüyeriyən paltar asılqanı" adlandıran arıq, sısqa modellərin yanında az qala "toppuş" təsiri bağışlayır.
 

"Vücudumun anormal olduğunu düşümədiyim üçün özümü rahat, asudə hiss edirəm. İşimdən də narazı deyiləm. İnsanlara fərqli görüntülər təqdim etmək gərəkdir. Axı podiumdakı modellərlə orta statistik insanlar arasında fərqlər çoxdur. Hamı podiumdakı modellər təki arıq olmur", - Mayla "Elle" jurnalına verdiyi müsahibəsində deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəkilə klikləyin.

фото