Məşhur müğənni milyarderə ərə gedir - FOTO

11 Noyabr 2014 11:24

"Spice Girls" qrupunun sabiq solisti Ceri Holliuel beynəlxalq "Formula-1" avtoçempionatının bosslarından biri, "İnfiniti Red Bull Racinq" komandasının sahibi Kristian Hornerlə nişanlanıb.
 

41 yaşlı milyarder Horner və 42 yaşlı müğənni Holliuel bu yaxınlarda ailə quracaqlarını bəyan ediblər.

Milli.Az TMZ-yə istinadən bildirir ki, bununla bağlı açıqlama The Times qəzetinin ənənəvi ad günləri, elanlar və başsağlıqları bölməsində dərc olunub. Belə elanın dərci 342 funt-sterlinqdir.
 

Ceri Holliuellə Kristian Horner bu ilin əvvəlində tanış olmuşdular. Mart ayından bəri onların nişanlanacağı barədə iddialar dolaşırdı.

Daha sonra onlar "Formula-1" avtoçempionatının Monako və Silverstoun mərhələlərində birlikdə olmuşdular.

Cerrinin əvvəlki nikahdan 8 yaşlı, Hornerin isə 1 yaşlı qızları var.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.