Bu icad milyonları xilas edə bilər - VİDEO - FOTO

10 Noyabr 2014 14:05

Hent şəhərindəki Delft Universitetinin tələbəsi, 23 yaşlı Alek Momo (Alec Momont) təcili yardım dronu yaradıb.
 

Milli.Az De Zeen-ə istinadən bildirir ki, defibrillyatorla təchiz olunmuş uçan pilotsuz qurğu (dron) səmada 100 km/saat sürətlə hərəkət edə bilir.

Kəskin ürəktutması olan və huşunu itirərək koma vəziyyətinə düşən insanları həyata qaytarmaq üçün istifadə edilə biləcək dron 19 min dollara başa gəlib.
 

Dronu idarə edən operatorun təcili yardım stansiyasında olacağı və yardım istəyən insanın zəngini qəbul edəndən sonra GPS naviqasiyadan istifadə edərək dronu yardım gözləyən insanın yanına yollayacağı bildirilir.
 

Drondakı videokameralar vasitəsilə əldə olunan görüntülərdən yararlanan operator yardım zəngi etmiş adamla danışaraq ona məsləhətlər verir və defibrillyator vasitəsilə koma vəziyyətinə son qoya bilir.
 

Zəng operatorun olduğu ərazinin 4,6 kvadrat kilometrlik sahəsində olarsa, defibrillyatorla yardım ölüm ayağında olan pasiyentin sağ qalma şansını 8 faizdən 80 faizədək artırır.
 

Avropa Birliyi ölkələrində hər il təqribən 800 min insanda kəskin ürəktutmalar olur və onların yalnız 8 faizi koma vəziyyətindən çıxır, sağ qalır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.
фото