Bu oğlanın müqaviləsi ürəkləri partladacaq

8 Noyabr 2014 17:22
Fernando Alonso McLaren-lə rekord məbləğə anlaşıb.

Milli.Az İnterfax-a istinadən bildirir ki, Ferrari-nin pilotu Fernando Alonsonun McLaren-lə bağlayacağı müqavilə "Formula-1" tarixində ən bahalı olacaq. 

Bu barədə İspaniyanın AS qəzeti məlumat yayıb.

33 yaşlı ispan pilot McLaren üçün 2015-ci ildən tər tökməyə başlayacaq. Çoxillik müqavilənin şərtləri açıqlanmır, ancaq onun 22 milyon avro aldığı Ferrari-dəki məbləğdən çox olduğu deyilir. 
Əlavə olaraq, Alonsoya rəqabətqabiliyyətli bolid üçün təminat da veriləcək. Müqavilənin rəsmi imzalanması barədə xəbərin Əbu-Dabidəki Qran-Pridən sonra açıqlanacağı gözlənilir.

Milli.Az