Universal Volvo 60 - FOTOSESSİYA

9 Noyabr 2014 11:30
Volvo şirkəti 2015-ci model ilinin yeni V60 Cross Country universalını rəsmi məxvilikdən çıxarıb. Yeni modelin açıq debütü Los-Anceles beynəlxalq avtosalonunda baş tutacaq, bazara isə yeni model gələn ilin əvvəlində çıxarılacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Volvo V60 Cross Country 2015 universalı yaraşıqlı və sarsılmaz xarici görünüşə sahibdir. Onun yol səthindən aralıq məsafəsi 65 mm artırılıb və avtomobil xüsusi qoruyucu təbəqələr, yan üzləmələr, genişləndirilmiş təkər tağları, yüngül lehimli disklər və qoşa xaricetmə borusu əldə edib.

İsveçlilərin yeni modelinin salonunda qara dəri üzlüklü idman kürsüləri quraşdırılıb.

Volvo V60 Cross Country 2015 universalın Avropa (beynəlxalq) versiyası Drive-E ailəsinə məxsus yeni dörd silindrli mühərrik sırası əldə edib. Bu sıraya həm benzin, həm də dizel mühərrikləri daxildir. Qiymət və komplektasiya haqqlnda məlumatlar satışın başlanmasına yaxın veriləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.