Fiat qeyri-adi krossover satacaq - FOTO

9 Noyabr 2014 14:43
"Worldcarfans"-ın verdiyi məlumata görə, "Fiat" İtaliya şikəti "FCC4" adlı qeyri-adi konsept krossover təqdim edib. Yeniliyin debütü San-Paulu motorşousunda keçirilib. 

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobilin dizaynı pikap və Range Rover Evoque-un qarışığıdır. Konserndə avtomobili "macəra ruhlu dördqapılı kupe" adlandırırlar. Yeniliyin uzunluğu 5000 mm, eni 1940 mm-dir. Texniki təfərrüatlar məlum deyil. 

Avtomobilin dizaynına gəldikdə isə krossoverin kiçik radiator barmaqlığı və qeyri-standart diodlu və duman əleyhinə fənərləri olan aqressiv qabaq hissəsi diqqəti cəlb edir. 

Konseptin seriya versiyası əldə edib etməyəcəyi hələlik məlum deyil. Prototipin "Fiat"-dan yeni orta ölçülü pikapın müjdəçisi olduğu isitisna edilmir. İlkin məlumatlara görə avtomobil gələcək nəsil "Mitsubishi L200"-ün bazasında düzəldiləcək. 

Bu yaxınlarda şirkətlər əmədaşlıq haqqında müvafiq müqavilə bağlayıblar. Yeni pikap cari nəsil "L200"-dən daha bahalı olacaq və yaxşı təchiz olunacaq. 

Avtomobili 2016-cı ildə təqdim etməyə söz veriblər. O Avropaya və ABŞ-a göndəriləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.