Milli.Az auto.az-a istinadən bildirir ki, "Exclusive Series"-i nadir ban rəngindən - qapı tərəflərdə qəhvəyi əlavələri olan qara rəngdədir. Hər bir hetçbek əl ilə rənglənəcək: belə ki, "Porsche"-də bu üsulla rənglər arasında daha rəvan keçidə nail olacaqlarına ümid edirlər. Bundan əlavə, "Panamera" nadir qara rəngli təkər diskləri və ban rəngində havaçıxıntılarının qabaq barmaqlığı alıb.
"Exclusive Series"-in interyerini əl ilə tikilmiş italyan dərisi ilə işləyiblər, oturacaqlardakı perforasiya isə "Porsche"-nin loqotipi şəklindədir. Salondakı dekorativ ağac əlavələr banın aldığı rəng çalarlarına malik olacaq.
"Panamera Exclusive Series"-də salonun arxa hissəsi üçün "Porsche"-nin yeni multimedia sistemi debüt edəcək. Simsiz qulaqcıqlar və "Burmeister" akustikası ilə yanaşı, o, iki ədəd 10,1-düymlük sensorlu monitor, DVD pleyer və internetə mobil qoşulma imkanı ilə fərqlənəcək.
Alıcılar üçün xüsusi opsiya isə çamadan dəsti və nadir dəridən hazırlanan perforasiyalı 5 əşyalı çanta olacaq.
"Porsche Panamera Exlusive Series" Los-Anceles avtosalonunda debüt edəcək.
Milli.Az