iOS və Android üçün artıq pulsuzdur

9 Noyabr 2014 20:56
Microsoft korporasiyası iPhone, iPad qurğuları və Android platforması ilə işləyən smartfonlar üçün Office mobil tətbiqini yeniləyib. İndi ödənişsiz istifadə etmək olar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəllər Office tətbiqindən mobil qurğularda istifadə etmək üçün Office 365 abunəsini rəsmiləşdirmək lazım idi. Ən ucuz tarif planı ilə (aylıq 6,99 dollar) OneDrive bulud xidmətindən istifadə etmək və bir masaüstü, planşet və smartfonda Office tətbiqləri ilə işləmək mümkün idi. Cari yeniləmədən sonra abunəni rəsmiləşdirmək tələb olunmur.

Android smartfonları və iPhone, iPad qurğuları üçün yeni proqramlar sənədin redaktəsi və Dropbox bulud xidməti ilə inteqrasiya zamanı genişləndirilmiş funksionallığa sahiblənib.

Şirkət 2014-cü ilin martında iPad üçün Office tətbiqini buraxıb. Bu tətbiq artıq 40 milyon qurğuya quraşdırılıb.

Milli.Az