Onlar "McDonald’s" və KFC-ni qadağan edirlər

7 Noyabr 2014 11:00
Rusiyanın Dövlət Duması televiziyalarda yayımlanan uşaq verilişləri sırasında fastfud reklamlarını qadağan etməyi planlaşdırır. Milli.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, "Yedinaya Rossiya" partiyasından olan deputat Alyona Arşinova "Reklam haqqında qanuna" dəyişiklik edilməsini təklif edib. Dəyişikliyə əsasən, uşaq verilişləri sırasında yüksək yağlılıq dərəcəsi olan qidaların uşaq verilişləri sırasında yayımlanması qadağan ediləcək.

Qanunun təsir dairəsinə "McDonald's", KFC və digər fastfud istehsalçılarının məhsulları, bəzi şirniyyatlar və qazlı şirəli içkilər daxil olacaq.
 
Deputatın sözlərinə görə, bu cür qanun uşaqları bazarın aqressiv siyasətindən qoruyacaq.

Milli.Az