Qurban Qurbanovdan ukraynalı jurnalistə ibrətamiz cavab

7 Noyabr 2014 09:56

"Qarabağ"ın Ukrayna "Dnepr"i ilə keçirdiyi Avropa Liqası matçından sonra mətbuat konfransında maraqlı olay yaşanıb.

Milli.Az-ın sportnet.az-a istinadən verdiyi məlumata görə, ukraynalı jurnalistlərdən biri Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovdan rusca danışmamasının səbəbini soruşub.
 

"Siz Rusiya çempionatında oynamısınız, rusca bilirsiniz. Bu halda niyə mətbuat konfransında rusca danışmırsınız?" deyə sual verən mətbuat işçisinə 42 yaşlı mütəxəssis: "Bizim öz mentalitetimiz var. Mətbuat konfransında azərbaycanca danışırıq və tərcüməçimiz də ruscaya çevirir. Mənim rusca danışmağımı istəyirsinizsə, bu tədbirdən sonra sizə vaxt ayıra bilərəm".
 

Qurbanovun bu sözləri zalda alqışlarla qarşılanıb.
 

Qeyd edək ki, "Dnepr"in baş məşqçisi Miron Markeviç ukraynalı olsa da, mətbuat konfransında rusca danışmağa üstünlük verib. Halbuki hazırda Ukrayna və Rusiyanın münasibətləri elə də qaydasında deyil.

Milli.Az