"Qarabağ" - "Dnepr" oyunu hansı nəticə ilə bitəcək? - SİZİN PROQNOZ
6 Noyabr 2014 17:42
Bu gün Ağdamın "Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukraynanın "Dnepr" komandası ilə üz-üzə gələcək.
Milli.Az xəbər verir ki, təmsilçimizin ilk oyunda rəqib üzərində qazandığı minimal hesablı qələbə və matçdan sonra rəqib cəbhədən verilən bəhanə xarakterli açıqlamalar qarşılaşmanın prinsipiallığını bir qədər də artırır. Şübhəsiz ki, Qurban Qurbanovun komandasını bir neçə saatdan sonra çox ağır 90 dəqiqə gözləyir...
Bəs hesab necə olacaq? Qarabağlılar yenə də meydanı başı yuxarı tərk edə biləcəklərmi? Yoxsa ukraynalı futbolçular Kiyevdəki məğlubiyyətin qisasını alacaqlar?
Bütün bu məsələlərlə bağlı Azərbaycan vətəndaşları nə düşünür? Siz də öz proqnozunuzu yazın ki, müzakirə edək. Fikirlərinizi aşağıdakı şərh bölməsində qeyd edə bilərsiniz.
Milli.Az