Merkeldən sərt Rusiya mesajı

6 Noyabr 2014 09:54

"Separatçı liderlər də sanksiya siyahısına salınmalıdırlar"

"Rusiyaya qarşı sanksiyaları zəiflətməyə və ya götürməyə imkan yoxdur".

Anspress-in məlumatına görə, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

Dünən Berlində jurnalistlərlə görüşən Angela Merkel Ukraynanın şərqində noyabrın 2-də seçki keçirən separatçı liderlərin də sanksiya siyahısına salınmasını təklif edib.

Alman kanslerin bildirdiyinə görə, bu seçkilər Minsk razılaşmasının şərtlərini pozur.

Milli.Az