Boşanan aktrisa 110 min ödəyəcək
5 Noyabr 2014 22:34
Aktrisa Pınar Altuğ köhnə vəkilinin pulunu vermədiyi üçün 110 min lirə təzminat ödəyəcək.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa köhnə həyat yoldaşı Umut Elçioğlu ilə boşanma prosesinə baxıb, Beykozdakı villadan pay almasını təmin edən vəkili Taner Düzyol ilə bir müddət əvvəl yollarını ayırıb, məhkəmə prosesinə başqa bir vəkillə davam etmişdi. Vəkil Düzyol pulu ödənmədiyi üçün aktrisanı Beykoz 2. Asliye Hüquq Məhkəməsinə müraciət edib. Bazar ertəsi baş tutan məhkəmə prosesində hakim Altuğun köhnə vəkilinə faiziylə birlikdə 110 min lirə ödəməsinə qərar verilib.
"Vəkillik ödənişi müqəddəs bir alacaq olub, qul haqqı ilə ölçülür. Dəfələrlə zəng etməyimə baxmayaraq ödəmə edilmədiyi üçün məhkəməyə müraciət etməli oldum"-, deyə vəkil Taner Düzyol bildirib.
Milli.Az