İvanovodakı məscid dəfələrlə müxtəlif təhqirlərə məruz qalıb
Rusiyanın İvanovo şəhərində məscid təhqir olunub.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, naməlum şəxslər İvanovo şəhərində məscidin binasına xaç şəkli çəkiblər.
Hadisənin noyabrın 2-də gecə vaxtı baş verdiyi bildirilir. Təfərrüatlar açıqlanmır. Bildirilir ki, bu məscid dəfələrlə müxtəlif təhqirlərə məruz qalıb.
Rusiyanın Avropa hissəsinin müsəlmanlarının dini idarəsi bildirib ki, bu regionda son zamanlar məscidlər tez-tez təhqir olunur.
2013-cü ildə də Teykovo şəhərində ibadət evi və tatar etno-mədəni məktəbi təhqir olunmuşdu.
Qeyd edək ki, keçən həftə Vladimir şəhərində də məscid təhqir edilmişdi. Milli.Az