Polis hamilə qadını zorladı

5 Noyabr 2014 21:56
Həmin polis vəzifəsindən azad edilib, cinayət işi açılıb
Moskvada polis saxladığı miqrantla cinsi əlaqədə olduğuna görə vəzifəsindən çıxarılıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə noyabrın 4-də "Akademik Yanqelya" metro stansiyasında baş verib.

""Akademik Yanqelya" metro stansiyasının platformasında polis miqrasiya qanunvericiliyini pozduğu üçün bir qadını saxlayıb və onu otağına aparıb. Orada polis qadınla cinsi əlaqədə olub", - deyə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Polis bu hərəkətinə görə, vəzifəsindən azad edilib, cinayət işi açılıb. Onun həmkarları da cinayətə cəlb olunublar.

Cinsi əlaqədə olan 33 yaşlı Qırğızıstan sakini cinayətin törədilməsi vaxtı hamiləliyin dördüncü ayında olub.

Milli.Az