Britaniyalılar ailəni internetə qurban verirlər

5 Noyabr 2014 20:28
Britaniyalıların 48 faizi hesab edir ki, internetdə olmaq ailə ilə ünsiyyətdən vacibdir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Opinium Research" şirkətinin apardığı sorğunun nəticələrində deyilir.

12 faiz britaniyalı isə yeməksiz daha çox qala bilər, nəinki sosial şəbəkələrsiz.

Rəyi soruşulanlar smartfonu evdəki paltaryuyan maşından vacib hesab edirlər.

Qeyd edək ki, sorğuda 2003 nəfər iştirak edib.

Milli.Az