"Adımı deyingən, qalmaqalçı qoyublar"

5 Noyabr 2014 19:20

Müğənni Əli Mirəliyev ona deyingən deyənlərlə razılaşmır

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, sənətçi "Düzünü desək" verilişində bunun səbəbini belə açıqlayıb:

"Mən 40 il əsgər kimi dayanmışam, danışmamışam. Yoldaşım almanı yeyib, divanın altına atıb. Burada necə deyinməyim? Almanın qabığını masaya qoyarlar. Deyinmişəm, adımı deyingən qoyublar. Həftədə bir dəfə Mərdəkana evə gedirəm. Mən itlə yatıram, göyərçinlərlə məşğul oluram. Heyvanlarla yaşayıram, insanlarla yox.

Kim mənim deyingənliyimi görüb? Adımı deyingən, qalmaqalçı qoyublar. Bunun kökündə bugünkü müğənnilərin oxuya bilməməyi dayanıb. Sözümü deyirəm, oxuya bilməməklərindən danışıram. Mən kişiyəm, deyinmirəm. Kişi bir kəlmə sözünü söyləyər, ağzının kəsəri olar. Arvad deyinər. Biri üzünə ənlik-kirşan vurur, sonra da durub kişilikdən danışır. Mənim yaşıdlarımdan heç kim qalmayıb, ölüb. Təkcə mən sağ qalmışam. Məni kim tanıyır? Tanıyanlar həyatda yoxdur".

Milli.Az