Dövlət universitetlərinin özəlləşdirilməsi müzakirə edildi
5 Noyabr 2014 18:24
Azərbaycanda dövlət universitetlərinin özəlləşdirilməsi təklif edilir. Trend-in məlumatına görə, bu barədə millət vəkili Qüdrət Həsənquliyev 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Q.Həsənquliyev qeyd edib ki, dünyada reytinqinə görə öndə duran məhz özəl universitetlərdir: "Deməli, dövlət universitetlərini özəlləşdirmək lazımdır. Təhsil kreditləri vermək lazımdır ki, həmin kreditlər hesabına imkansız adamlar təhsil ala bilsinlər. Universitetlər isə əksinə, dövlət büdcəsindən maliyyələşməsin və dövlət büdcəsinə vergi ödəsin ki, müəllimlərin əməkhaqlarını artıra bilək".
Milli.Az