Deputat: "Yaqlandın bu fikirləri heç bir məntiqə sığımır"

5 Noyabr 2014 18:37
"Azərbaycan Avropa Şurasının üzvüdür və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Mən Avropa Şurasının baş katibinin Azərbaycanla bağlı belə bir fikirlərinə çox təəssüf edirəm. Azərbaycana qarşı yanaşmada ikili standartlar həyata keçirilir". Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın Britaniyanın "The Guardian" qəzetində Azərbaycanda insan haqlarının vəziyyətinə dair tənqidi məqaləsini şərh edərkən bildirib.

Deputat deyib: "Avqopa Şurası öncə Azərbaycan hökumətinə təklif edir ki, İşçi Qrup Yaradılsın. Qrup fəaliyyətə keçəndən sonra Azərbaycanla bağlı belə açıqlamalar verir. Bu mövqe Azərbaycana qarşı təzyiq vasitəsidir və belə mövqe nümayiş etdirmək heç bir məntiqə sığmır. Cənab Yaqland yaxşı bilməlidir ki, Azərbaycanla təzyiq dili ilə danışmaq qəbul olunmazdır".

F. Muradov qeyd edib ki, digər ölkələrdə olan çox ciddi problemlərə göz yumulduğu halda
Azərbaycana qarşı belə münasibət ortaya qoyulması suallar doğurur. "Əgər Azərbaycanla bağlı məsələləri gündəmə gətirmək istəyirlərsə, o zaman işğal altında olan topraqlarımızın məsələsini qabartsınlar, qaçqın və məcburi köçkünlərimizin pozulan hüquqlarının müdafiə məsələlərini gündəmə gətirsinlər".

Milli.Az