"Gürcüstan arzusu" koalisiyası dağılır

5 Noyabr 2014 18:30

Azad Demokratlar Partiyası hakim "Gürcüstan arzusu" koalisiyasını tərk edib. Trend-in məlumatına görə, bunu partiyanın lideri İrakli Alasaniya "Gürcüstan arzusu"nun mərkəzi ofisində koalisiya üzvləri ilə görüşdən sonra deyib.
 

10 dəqiqə davam edən görüşdən sonra tərəflər yekdil fikrə gələ bilməyiblər.
 

İ.Alasaniya bildirib ki, keçmiş tərəfdaşları Baş nazir İrakli Qaribaşvilinin əvvəl söylədiyi ittihamları təkrarlayıblar və dialoq baş tutmayıb: "Görüşdə keçmiş Baş nazir Bidzina İvanişvili də iştirak edirdi. Biz onunla ünsiyyət saxlamaq niyyətində deyildik".
 

Partiya üzvləri bəyan ediblər ki, parlament və hakimiyyətin yerli orqanlarında müstəqil fəaliyyət göstərəcəklər.
 

"Azad demokratlar"ın bu addımından sonra parlamentdəki çoxluğun lazım olan 76 deputat yerindən 73 yeri qalır.
 

Xatırladaq ki, dünən Gürcüstanın Baş naziri İ.Qaribaşvili müdafiə naziri İ.Alasaniyanı vəzifəsindən uzaqlaşdırıb. Bunun ardından İ.Alasaniyanın komandasının üzvləri olan xarici işlər naziri Mayya Pancikidze və Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili müavinləri ilə birgə istefaya getmək qərarını açıqlayıblar.

Milli.Az