Azərbaycanda Ukrayna vətəndaşı olan ana və oğul yaralandı
5 Noyabr 2014 17:57
Bu gün günorta saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib
APA-nın verdiyi məlumata görə, 10 SU 507 dövlət nömrə nişanlı, BMW markalı nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində "Hyundai"da olan Ukrayna vətəndaşları ana və övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar - 1976-cı il təvəllüdlü Kebotay Ludmila Nikolayevna və onun oğlu 1997-ci il təvəllüdlü Kebotay Yermaş İqoreviçdir. L.Kebotaya qapalı kəllə-beyin travması, oğluna isə sınıq diaqnozu qoyulub.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.