Müsavatın qurultayından sonra partiyada narazılıq pik həddə çatıb. Başqanlığa sabiq namizədlər seçkilərdə kütləvi saxtakarlıq və pozuculuq hallarına yol verildiyini əsas gətirərək, yeni sədr Arif Hacılının legitimliyini şübhə altına salıblar. Bir neçə tanınmış müsavatçı isə baş verənlərə etiraz əlaməti olaraq, partiyadan istefa veriblər. Narazılardan bir qrupu isə öz irad və təkliflərini arayış formasında partiyanın mərkəzi nəzarət təftiş komissiyasına (MNTK) təqdim edib, qeyd olunan nöqsanların aradan qaldırılmasını tələb ediblər. Lakin MNTK-nın çıxardığı rəy başqanlığa sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarını qane etməyib. Buna görə də onlar noyabrın 8-də partiyanın qərargahında yenidən toplaşmağı və müzakirələr aparmağı qərarlaşdırıblar. Partiya daxilində baş verən hadisələr, yeni başqanın olanlara münasibəti, 8 noyabr toplantısı və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını başqanlığa sabiq namizəd Səxavət Əlisoy cavablandırır.Səxavət Əlisoy: "O, səhər "qucaqlaşmaq" təklif edir, günorta hədə-qorxu gəlir, axşam isə qardaşının dirijorluğu ilə narazı müsavatçıları təhqir etdirir"