Kreditlərin, eləcə də problemli kreditlərin artmasının qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Mərkəzi Bankın banklara rəsmi və qeyri-rəsmi formada tətbiq etdiyi bir sıra qadağalar o qədər də təsirli olmayıb. Xatırladaq ki, bir neçə ay əvvəl avtomobil kreditlərinin verilməsi məhdudlaşdırıldı. Ardınca isə banklara tək arayışla kredit verməmək haqda göstəriş verildi. Hazırda bankların əksəriyyəti kredit (istehlak kreditləri) vermək üçün bank hesabından çıxarış tələb edirlər.Yeni tələbə əsasən, müştəri aldığı krediti, digər məhsullarda olduğu kimi, 14 gün ərzində geri qaytarmaq hüququndan istifadə edə bilər