HTC Desire 820s göstərildi

5 Noyabr 2014 20:38
Tayvanın HTC şirkəti sentyabrda IFA 2014 sərgisində səkkiznüvəli 64 bit Qualcomm Snapdragon 615 çipi ilə təchiz edilmiş Desire 820 smartfonunu nümayiş etdirib. İndi isə istehsalçı qurğunun yeni variantını - HTC Desire 820s smartfonunu təqdim edib: həmçinin səkkiznüvəli 64 bit prosessorla təchiz edilib, amma bu dəfə 1,7 QHs takt tezliyi ilə işləyən MediaTek MT6752 prosessoruna üstünlük verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Desire 820s smartfonu HD formatlı 5,5 düymlük ekran, 2 QB əməli və 16 QB daxili yaddaş, həmçinin 13 meqapiksellik əsas və 8 meqapiksellik əlavə kamera ilə təchiz olunub. Ehtimal ki, yeni aparat Asiya bazarı üçün nəzərdə tutulub və çətin ki, Avropada rəsmi satışa çıxarılacaq.

Smartfonun qiyməti açıqlanmayıb.

Milli.Az