Qayınanası Dilarədən danışdı: "İstəmirəm oğlum pis olsun" - FOTO

5 Noyabr 2014 17:56

Əməkdar artist Dilarə Əliyevanın qayınanası, xalq artisti Elmira İsmayılova "Gün üzü" verilişinin qonağı olub

Milli.Az axşam.az-a istinadən bildirir ki, İrəvan Dövlət Dram Teatrının aktrisası gəlini ilə münasibətindən danışıb. O, "Necə qayınanasınız" sualına belə cavab verib:

"Yaxşı və ya pis qayınana olduğumu bilmirəm. Amma gəlinim evi ola-ola qapısını bağlayıb, gəlib 14 il mənimlə yaşayıb. Söyləyirdim ki, get evində qal. Deyirdi tez-tez de, yadından çıxmasın. Onunla söhbətimiz tuturdu, eyni teatrda işləyirdik. Bizə birlikdə yaşamaq maraqlı idi. İki gəlinim var. Hərdən otururlar mənə oğlanlarımın qeybətini edirlər. Deyirəm dayanın, onlar mənim oğlumdur, danışmayın. Amma hərdən də gəlinlərin tərəfini tuturam. Gəlinin fikrinə hörmətlə yanaşmaq lazımdır. Hər mövzu məsləhət edilməlidir. Adi bir şeyə görə oğulun qəlbinə dəymək, ailəsini dağıtmaq olmaz. Mən özüm də çox şeyin üstündən keçirəm. İstəmirəm oğlum pis olsun. Onu qoruyuram".

Qeyd edək ki, D.Əliyeva "SOY production"ın rəhbərlərindən biri olan Oqtay Əliyevlə ailəlidir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.