"Hər şey daxil" verilişi müğənnilər arasında sorğu apararaq, onların dostluqla bağlı fikirlərini öyrənib
Milli.Az axşam.az-a istinadən həmin sorğunu təqdim edir: Müğənni Xumar Qədimova - İnsanın bir dostu olsun, bəsdir. Bir yaxşı dost yüzünə dəyər. Adamın heç vaxt yüz dostu ola bilməz.
Müğənni Rəqsanə İsmayılova - Mənim üçün pul önəmsizdir. Əsas dostluqdur. Maddiyyat sonuncu yerdədir.
Yumor ustası Fərda Xudaverdiyev - Dostun çox olması fəlakətdir. Bir dost bəsdir. Son 20 gündə telefonumdan 40 insanın nömrəsin silmişəm.
Müğənni Sevda Yahyayeva - Bir dostum olsun, bəsdir.
Müğənni Aysel Əlizadə - Adama pul yox, insanlıq qalır. İnsan yüzü ilə dost qala bilməz.
Müğənni Rüfət Axundov - İnsana hər zaman yaxşı dost qalır.
Müğənni Kərim Abbasov - İndi dost qalmayıb. Hamısı "kitayski"dir.
Müğənni Aynişan Quliyeva - Yüz dostdansa, yüz manat yaxşıdır.
Müğənni Emil Bədəlov - Mənim üçün dost puldan üstündür.
Müğənni Niyam Səlami - Xırda bir şeyə görə dostla ara dəyir, küsürsən. Səni bağışlamır. Gedib ona pislik edənlə münasibət qurur, amma səni danışdırmır. Bu, dostluq deyil.