Yeni nazir Gürcüstanı NATO-ya daha da yaxınlaşdıracaq

5 Noyabr 2014 16:02
"Gürcüstan Silahlı Qüvvələrinin (SQ) NATO standartlarına uyğunlaşdırılması üzrə iş davam etdiriləcək".

Trend-in məlumatına görə, bunu Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze deyib.

Onun sözlərinə görə, Gürcüstan SQ-nin inkişafı davam etdiriləcək, çünki bu, ölkə xalqının və hökumətinin seçimidir.

M.Canelidze qeyd edib ki, NATO ilə yaxınlaşma siyasəti yürüdüləcək: "ABŞ, Böyük Britaniya, Fransa, Almaniya kimi strateji tərəfdaşlarımızla və digər dost ölkələrlə fəal əməkdaşlığımız davam edəcək".

Nazir hesab edir ki, ordu siyasətdən kənar olmalıdır və bu məqsədlə ordunun siyasətsizləşdirilməsi davam edəcək.

Milli.Az