Müğənni Rəqsanə İsmayılovanın qızı, modelyer Aysun İsmayılova yeni fotosessiya etdirib
Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən Aysun fotoları yeni açılacaq mağazası üçün çəkdirdiyini deyib:
"Hazırda dəfiləyə hazırlaşıram. Tezliklə mağazam açılacaq. Fotolardakı qara libas kolleksiyamda yer alır. Bir növ dəfiləmin və anamla birlikdə aparacağımız "Göz önündə" verilişinin promo çəkilişidir. Butikdə həm xanımlar, həm də bəylər üçün hazırlanmış libaslar yer alacaq".