Nizami Kino Mərkəzi "Unutursam Fısılda" filminin qala-gecəsini keçirəcək
5 Noyabr 2014 14:51
Noyabrın 17-də Nizami Kino Mərkəzində keçiriləcək "Unutursam Fısılda" filminin qala-gecəsinə hazırlıqlar bitmək üzrədir.
Türkiyənin məşhur Taff Pictures studiyasında, dram janrında özəl imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film, qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.
Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı - özünü Azərbaycan tamaşaçısına "şahzadə Mustafa" obrazı ilə sevdirən aktyor Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb.
Qala-gecəsində rejissor Çağan Irmak, baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.
Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Qala gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)