"Kitayski" Kannavaro
5 Noyabr 2014 14:45
Məşhur italiyalı futbolçu Fabio Kannavaro Çinin "Quançjou Everqrand" klubuna məşqçi təyin olunub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kannavaro bu yaxınlarda karyerasını başa vuran soydaşı Marçelo Lippini əvəz edib.
41 yaşlı italiyalı futbolçu üçün baş məşqçi vəzifəsində ilk təcrübədir. 2013-2014-cü il mövsümündə o, Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" klubunda baş məşqçinin köməkçisi olub.
Kannavaro 1997-ci ildən 2010-cu ilə qədər İtaliya yığmasında top qovub. 2006-cı ildə dünya çempionu olub. Elə həmin il "Qızıl top"a sahib olub.
Milli.Az