Bakı daha bir maraqlı flaşmoba ev sahibliyi edib: şənbə günü paytaxtın mərkəzində gözlənilmədən Çarli Çaplin peyda olub
Flaşmob paytaxtın "Torqovı" meydanı kimi tanınan Nizami küçəsində keçirilib.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, insanların çox olduğu zaman küçənin mərkəzində Çarli Çaplin geyimində bir gənc peyda olub. Daha sonra isə başqa gənclər ona qoşulublar. Flaşmobda onlarla gənc iştirak edib.
Gənclər musiqi sədaları altında sinxron rəqs etdikdən sonra sürətlə dağılışıblar.
"Chaplin Foxy Flashmob" həm şəhər sakinləri, həm də qonaqların böyük marağına səbəb olub.
Qeyd edək ki, paytaxt Bakıda müntəzəm olaraq belə aksiyalar keçirilir.