Ruslar "maaş köləliyi"ndən qurtuldular
5 Noyabr 2014 14:23
Rusiya prezidenti Vladimir Putin işçilərin maaşlarının verildiyi bankı seçmək hüququnu onlara həvalə edib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd çərşənbə günü hüquqi informasiya rəsmi portalında yerləşdirilib.
Əvvəllər bu məsələni işəgötürənlər həll edirdilər. Əməkdaşın qanundakı dəyişiklikdən istifadə etmək istəyi olarsa, o, bu barədə işəgötürənə əməkhaqqının ödənişinə beş gün qalmış onun maaşının köçürülməsi üçün rekvizitin dəyişdirilməsi haqqında yazılı müraciət etməlidir. Bu zaman istəyə görə kredit təşkilatını da dəyişmək mümkündür.
Artıq yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlara istənilən bankda hesab açmaq mümkündür. Yalnız bir şərtlə ki, alimentlərin köçürülməsi də daxil olmaqla, pul vəsaitləri əmanətlərin icbari sığorta sistemində sığortalanmalı, onların hesabdakı məbləği sığortanın məbləğini, yəni 700 min rublu keçməməlidir.
İndiyədək Rusiyada belə hesaba daxiletmələrə yalnız Əmanət Bankında uşağın adına hesab açdıqda icazə verilirdi.
Milli.Az