İranda 2000 nəfəri çovğundan çıxardılar
5 Noyabr 2014 14:17
İranın 11 əyalətində 2000-dən çox insan yağan qar və çovğundan xilas olub. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib.
Trend-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, H.Derəxşan bildirib ki, həmin şəxslərdən 220 nəfəri müvəqqəti sığınacaqlara yerləşdirilib.
Qar İranın Ərdəbil və Tehran əyalətlərində məktəblərdə dərslərin dayandırılmasına səbəb olub. Belə ki, bu gün Ərdəbil əyalətinin Səreyn, Ərdəbil və Nir şəhərlərində və Tehran əyalətinin Firuzkuh şəhərində dərslər dayandırılıb.
İranın şimal bölgələrində, o cümlədən Qəzvin, Qərbi Azərbaycan, Gilan, Mazandaran, Ərdəbil, Gülüstan, Şərqi Azərbaycan və s. əyalətlərdə artıq üç gündür qar yağır, bəzi yerlərdə qarın hündürlüyü 10 sm-dən çoxdur.
Milli.Az